İran Müdafiə Nazirliyindən Ali-Səud və ABŞ-a xəbərdarlıq

İranın Müdafiə Nazirliyi bəyanat yayaraq Ali-Səud rejimi və ABŞ-a xəbərdarlıq edib və bildirib ki,  Ali Səud və ABŞ Yəmən xalqına yardımın çatdırılmasının qarşısını almağın  mənfi nəticələrində məsuliyyət daşıyırlar.
Maide.az xəbər verir ki, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi bu ölkənin Yəmənə dərman və ərzaq yardımını təhrikedici adlandıran Pentaqon sözçüsünün açıqlamasına cavab verib. 
İranın Müdafiə Nazirliyinin verdiyi bəyanatda Səudiyyə Ərəbistanın Yəmənə hərbi təcavüzü pislənilib və bildirilib ki,  ABŞ Yəməndə soyqırımı dəstəkləməklə müharibə cinayətlərinə şərikdir və İran xalqının ərzaq və dərman preparatlarından ibarət humanitar yardımı məzlum yəmənlilərin dərdlərinin azalması istiqamətindədir. 
İranın Müdafiə Nazirliyi yardımların Yəmənin məzlum xalqının əlinə çatması üçün beynəlxalq zəmanətin verilməsinin zəruriliyini vurğulayaraq bildirib ki, Beynəlxalq təşkilatlar, xüsusilə də BMT lazımi tədbirləri görərək Ali-səud rejiminin vəhşicəsinə hücumlarının qarşısını almalı və onu tam şəkildə dayandırmalıdır.
 Qeyd edək ki, ötən gün İranın Baş Qərargah rəisinin müavini general-mayor Məsud Cəzayiri də Əl-Aləm kanalına müsahibəsində demişdi ki, İran yardım gəmisinin Yəmənə daxil olmasının qarşısının alınması təqdirdə, odun çıxacağı, amma bu odun söndürülməsinin ABŞ və Səudiyyə Ərəbistanının əlində olmayacağı xəbərdarlığını etmişdi. 
O bildirmişdi ki, İran İslam Respublikasının də dözümünün  müəyyən həddi var. 
Səudiyyə Ərəbistanı indiyədək bir neçə dəfə İranın Qırmızı Aypara Cəmiyyətinin yəmən xalqında göndərdiyi humanitar yardımların  məzlum Yəmən xalqının əlinə çatmasına əngəllər törədib. /