İranın sərhəd qoşunlarına yeni komandan təyin olunub

İran İslam Respublikası sərhəd qoşunlarına yeni komandan təyin olunub. Bundan sonra bu vəzifədə general Qasim Rezayi çalışacaq. Maide.az-ın “Mojnews”a istinadən verdiyi məlumata görə, Rezayi general-leytenant Hüseyn Zülfiqarini əvəz edir.  
Qeyd edək ki, İranın sərhəd qoşunlarının sabiq komandanı Hüseyn Zülfiqari ötən həftə ölkənin Daxili İşlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini təyin olunub.
Qasim Rezayi bundan öncə də 2009-cu ilədək bir neçə il İranın sərhəd qoşunlarının komandanı vəzifəsində çalışıb.