İran İslam Respublikasının İraqdakı səlahiyyətli və fövqəladə səfiri Həsən Danaifər deyib ki, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıqlarının artırıması üçün rəsmi Tehran hərtərəfli hazırdır.
Maide.az-ın İRNA xəbər agentliyinə istinadən məlumatına görə, H.Danaifər ötən axşam İraqın daxili işlər naziri Məhəmməd Salim əl-Ğəban ilə görüşüb. Görüşdə ikitərəfi maraqlandıran məsələlər o cümlədən təhlükəsizlik və sərhədlərin qorunması sahəsində əməkdaşlıqların artırılması məsələri haqda müzakirə aparılıb.
İranın İraqdakı səfiri H.Danaifər deyib: Təhülkəsizlik və texnologiya sahəsində İranın əldə etdiyi təcrübələri və inkişafını nəzərə alaraq, İslam Respublikası təcrübələrini İraqla bölüşməyə və bu ölkəyə yardım etməyə hazırdır.
İraq daxili işlər naziri Məhəmməd Salim Əl-Ğəban isə bu görüşdə İranın İraqa etdiyi yardımlardan xüsusi ilə də terrorizmlə mübarizədəki dəstəyinə görə təşəkkür edərək deyib: İraq bu il, Hüseyn (əs) Ərbəini mərasimində iştirak edən zəvvarların səfərlərinin asanlaşdırılması üçün, xüsusi ilə iranlı zəvvarlar üçün quru sərhədlərin giriş məntəqələrində viza verəcəkdir. /