`İran və Hizbullahı təhdid edən İŞİD-ə dəyməyin`

İsrail rejiminin zabiti koalisiyanın İŞİD-ə hava hücumlarının səhv olduğunu söyləyib.
 
Maide.az-ın xəbərinə görə, "Yedioth Ahronot" qəzeti yazır ki, Suriyada Bəşşar Əsəd hakimiyyətini devirməyə çalışması, İran və Hizbullahı qorxutması səbəbi ilə İŞİD-ə qarşı birləşmək düzgün deyil. Bunu sionist zabit söyləyib: "Bu hücumlar İrana, Hizbullaha və Əsədə yarayır. Qərb üçün İŞİD terroruyla mübarizə aparmaq Hizbullah döyüşçüləriylə mübarizə aparmaqdan daha asandır. İŞİD-ə toxunmamaq lazımdır."
 
Hizbullaha dair narahatlıqlarının İŞİD-dən çox daha çox olduğunu dilə gətirən zabit, İsrail ordusunun üçüncü Livan müharibəsi üçün hazırlıq apardığına diqqət çəkib.