İraqlı mənbələr bir İŞİD terror təşkilatı rəhbərinin Ceyla ərazisində İraq təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildiriblər.
Maide.az xəbər verir ki, İraq təhlükəsizlik mənbələri bu xəbəri təsdiq edib. Əbu Ubeyd əl-Yəməni adı ilə tanınan İŞİD terror təşkilatı rəhbərinin cümə günü İraqın Diyalə rayonunun Ceyla ərazisində İraq təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü açıqlanıb.
Adının çəkilməsini istəməyən İraqlı mənbə Əbu Ubeyd Əl-Yəməninin Ceyla bölgəsində torpaq bir evdə gizləndiyini, İraq təhlükəsizlik qüvvələrinin bölgədə keçirdikləri uğurlu əməliyyatlar nəticəsində çoxlu sayda İŞİD terror təşkilatı üzvü ilə birlikdə öldürüldüyünü qeyd edib.