.Ötən həftə Romada xristian-müsəlman din xadimlərinin III forumu keçirilib
Maide.az -ın məlumatına görə, din xadimləri və alimlərin III forumun iştirakçıları 3 günlük görüşün yekunlarına dair bəyanat hazırlayıblar.
Görüşün mövzusu " Xristian və müsəlmanlar : cəmiyyətdə müttəfiqdirlər" olub.
Bəyanatda səslənir ki, "görüş qarşılıqlı hörmət, bir-birini dinləmə, dünyamızda çatışmayan sülh və qardaşlıqla xarakterizə olunub".
Forumda xristian tərəfindən ingilis din xadimləri, katoliklər, islam tərəfindən isə sünni və şiələr iştirak ediblər.
Forum iştirakçıları və nümayəndə heyyətlərinin rəhbərləri Roma Papası ilə də görüşüblər. //