Rosneft-in gündəlik neft hasilatı 563 min tondan çoxdur

Rosneft şirkətinin gündəlik neft hasilatı 563 min tondan çoxdur. Bu barədə şirkətin rəhbəri İ.Seçin bildirib.
 
“Gündəlik neft hasilatı sabit səviyyədə qalaraq gündə 563 min tondan çoxdur. Qaz hasilatı isə artaraq gündə 147 milyon kub metrə çatıb” – deyə o bildirib.
 
Əvvələr xəbər verildiyi kimi Rosneft TNK-BP şirkətini satın aldıqdan sonra neft hasilatını minimuma endirib.
 
2014-cü ilin avqustunda neft hasilatı 1% azalaraq – 16.16 milyon ton təşkil edib. 2014-cü ilin nəticələrinə görə isə neft hasilatı 2 milyon ton azala bilər.
 
2013-cü ilin dekabrında neft hasilatı maksimum səviyyəyə çataraq gündə 3.9 milyon barel olmuşdu.
 
Azlama yetkin yataqlarda hasilatın və qazma işlərinin azalamsı ilə bağlıdır.