Rusiya İŞİD-ə qarşı əməliyyat keçirdi

Dağıstanda İŞİD-ə sədaqət andı içmiş “Auxov” quldur dəstəsinin rəhbəri ələ keçirilib.
 
Bu barədə Rusiya Milli Anti-terror Komitəsindən məlumat verilib.
 
Məlumata görə, dəstə rəhbəri silahlı müqavimət göstərib.
 
“Əməliyyat zamanı cinayətkar yaxalanıb. Ələ keçirilən şəxsin İŞİD-ə sədaqət andı içmiş və federal axtarışda olan 1974-cü il təvəllüdlü Xasmaqomed Çaranov olduğu məlum olub”, - məlumatda bildirilib./