Rusiyada virus laboratoriyasında yanğın olub

Rusiyada təhlükəli virus kolleksiyalarının saxlandığı laboratoriyada qaz silindri partlayıb və yanğın baş verib.
 
İstehlakçıların təhlükəsizliyinə cavabdeh Rospotrebnadzor sentyabrın 16-da bildirib ki, işçilərdən biri üçüncü dərəcəli yanğınla xəstəxanaya yerləşdirilib. İnsident Novosibirsk şəhəri yaxınlığında yerləşən Dövlət Virusologiya və Biotexnologiya Tədqiqatlar Mərkəzində baş verib.
 
Rəsmi məlumatda yanğın zamanı sanitar təftiş otağında bioloji təhlükəli maddələrin olmadığı bildirilir.
 
Şəhərin meri Nikolai Krasnikov insident zamanı altımərtəbəli binanın beşinci mərtəbəsində bərpa-təmir işləri getdiyini açıqlayıb.
 
Partlayış vaxtı binanın şüşələrini hamısı qırılıb. 30 kvadrat metri əhatələyən yanğın söndürülüb.
 
1970-1980-ci illərdə bu tədqiqat mərkəzində bioloji və bakterioloji silahlar və onlara qarşı mühafizə vasitələri hazırlanırdı.
 
Rospotrebnadzor-un nəzarəti altında bu mərkəzdə çiçək, qarayara, Ebola və digər viruslar saxlanır.
 
Çiçək xəstəliyi virusu dünyada cəmi iki yerdə saxlanır. Digər məkan Atlantadakı ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzləridir (CDC).