Rusiya Qurban bayramı münasibəti ilə hərbiçilər üçün bir ilkə imza atıb

Müsəlman hərbçilərə istirahət veriləcək

Qurban Bayramı münasibəti ilə ilk dəfə olaraq  Rusiyada müsəlman hərbçilərə istirahət veriləcək. Bu barədə Maide.az Rusiya KİV-lərinə istinadən məlumat verir.
Məlumata görə, bu addım komandanlıq tərəfindən Rus ordusunda xidmət edən müsəlman hərbçilərin Qurban Bayramı günü dini ayinləri yerinə yetirmək üçün məscidlərə rahatca gedə bilmələri üçün atılıb. RF Müdafiə Nazirliyi elan edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrində inanclı hərbçilərin dini azadlıqlarının təmin edilməsinə ölkə qanunvericiliyi tərəfindən zəmanət verilir. "Hərbi hissələrin komandanlığı hər bir istəyi olan hərbçiyə Qurban Bayramını qeyd etmək üçün istirahət verəcək"
RF SQ-nin İnanclı hərbçilərlə iş üzrə şöbə rəisi Aleksandr Surovtsev deyib ki, hərbi hissə komandanlığı dindar hərbçilərin dini ehtiyaclarının təmini, onların dini bayrama hazırlığı və bu bayramı qeyd etməsi üçün lazım olan yardımı onlara göstərəcək. “Oktyabr ayının 4-ü (Qurban bayramı günü) hərbi xidmətdə yalnız qarovul və ya döyüş növbəsində olan hərbçi-müsəlmanlar qalacaqlar. Burada hərbi xidmətin tələbləri də  nəzərə alınır”.
Məlumatda bildirilir ki, Rusiya ordusunda xidmət edən müsəlman hərbiçilərə qurban kəsmək, bayram plovu hazırlamaq həmçin digər dini ayinləri yerinə yetirmək üçün imkan veriləcək. //