Rusiya XİN: `Rusiya Yəməndə humanitar atəşkəsin bərqərar olunmasına təkid edir`

Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, rəsmi Moskva Yəmənə humanitar yardımın çatdırılması üçün, bu ölkədə humanitar atəşkəslərin bərqərar olunmasına təkid edir.
"RIA Novosti"nin verdiyi xəbərə görə, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Boqdanov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəmən üzrə missiyanın rəhbəri Sedrik Şvaytseri qəbul edib. Şvaytser bir müddət sonra bu posta öz fəaliyyətini başa vurur.
"Görüşdə Yəməndə baş verən ağır humanitar vəziyyət müzakirə olunub. Bununla yanaşı Yəmənə humanitar yardımın daimi çatdırılmasına imkan verən humanitar atəşkəslərin bərqərar olunması mövzusu da müzakirə olunub", - deyə Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər. 
Rusiya XİN Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəmən baş verən humanitar böhranla bağlı atdığı addımları yüksək qiymətləndirib./