Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi nümunəvi müəllimləri mükafatlandırmaq qərarına gəlib.
Maide.az-ın Arab News-a istinadən məlumatına görə, onlara lüks salonlu BMW-lər və 10 mindən 120 min riala qədər (32 min dollar) pul mükafatı veriləcək.
Mükafata məktəb direktorları və savadlı müəllimlər namizəddir.
Məlumata əsasən, mükafatlar əlaçı şagirdlərədə verilməsi təklif olunur , lakin bu haqda dəqiq məlumat bilinmir. Təhsil Nazirliyində 2014-cü ilin laureatlarını artıq seçiblər.
Səudiyyə Ərəbistan büdcəsinin 1/4 hissəsindən çoxu təhsilə sərf olunur. Krallıqda 8 universitet, 24 mindən artıq məktəb, çoxlu sayda kollec və təhsil müəssələri var.
Krallıq vətəndaşlarına təhsil tamamilə pulsuzdur. Bundan əlavə tələbələr təhsil üçün lazım olan bütün ləvazimat və kitablarla təmin olunurlar. //