İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanının müxtəlif regionlarında yaşayan öz tərəfdarlarını, eyni anda səmaya hava şarları buraxmağa çağırıb.
Maide.az "Al-Yemen" informasiya agentliyinə istinadən bildirir ki, İŞİD tərəfdarları bu addımlarını sosial şəbəkələrdə "Ərəbistanda yağış mübaribəsi" adlandırıblar və Twitterd-ə #RainInvasion haştaqı paylaşıblar.
Terror qruplaşması öz tərəfdarlarına bu addımı cümə namazından sonra saat 3-də etməyə çağırıb.
İŞİD-ə dəstək nümayiş edən bu addım qruplaşma tərəfdarları arasında fikir ayrılığı yaradıb.
Bəzilərinin fikrincə bu İŞİD-in Səudiyyə Ərəbistanına olan təsirinin nümayişidir.
Bəziləri isə bu addımı İŞİD-ə yaraşmayan cəsarətsizlik kimi qəbul ediblər və məsxərə edərək "hava şarlarının cihadı" adlandırıblar.//