Səudiyyə-Yəmən sərhəddinə şiddətli atışmalar başlayıb: 5 Səudiyyə hərbçisi öldürülüb

Yəmən ilə bu ölkəyə havadan hərbi təcavüz edən Səudiyyənin sərhəddində şiddətli atışmalar başlayıb.
 
 Yəmən sərhəddindən Ənsərullah və Xalq inqilabi komitələri döyüşçülərinin minaatanlardan açdığı cavab atəşi nəticəsində Səudiyyənin cənub Nəcran şəhərində 3 Səudiyyə hərbçisi öldürülüb, 2-si isə yaralanıb.
 
Səudiyyənin hərbi mənbələri faktı təsdiqləyib. Səudiyyənin SPA agentliyinə açıqlama verən Səudiyyə rəsmisi bildirib ki, Əqaməh əyalətində Səudiyyə və Yəmən sərhədçiləri arasında atışmalar başlayıb. Atışma zamanı burada 2 Səudiyyə hərbçisi öldürülüb, 2-si isə xəsarət alıb.
 
Eyni zamanda sərhəddə artilleriya atəşlərinin də açıldığı bildirilir. Cizan bölgəsində qarşılıqlı top atəşlərinin açıldığını bildirib.
 
Yəmən mənbələrinin yaydığı məlumata görə, Yəmənin Tayiyya qəbiləsinin minlərlə döyüşçüsü az öncə Səudiyy nin sərhəddə yerləşən Munarra hərbi bazasına daxil olub. Atışma zamanı 18 Səudiyyə hərbçisi öldürülüb, çox sayda əsgər isə yaralanıb.
 
Xatırladaq ki, aprelin 3-də iki Səudiyyə hərbçisi Yəməndən açılmış cavab atəşi ilə öldürülüb. Bundan bir gün öncə isə Səudiyyənin 1 həbçisi öldürülüb, 10 hərbçi isə yaralanıb.
 
Səudiyyə və müttəfiq ərəb koalisiyasının Yəmənə hava hücumları artıq 17-ci gündür ki, davam edir. Yəmən rəsmilərinin açıqlamalarına görə, indiyə qədər 200-ü uşaq olmaqla 1000-dən çox dinc yəmənli həyatını itirib. Koalisiyadan isə bəyan ediblər ki. Indiyə qədər Yəmənin müxtəlif məntəqələrinə 1200 hava zərbəsi endirilib.deyerler/