Səudiyyəlilər Sənaya qarşı fosforlu bombalardan istifadə ediblər - VİDEO

Maide.az-ın "Əl-Məyadin" televiziyasına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı bu gün Sənanın şimalında Ətan bölgəsinə qarşı bombardmanlarda kimyəvi qazlar və fosforlu bombalardan istifadə edib. Hüquq müdafiəçiləri və anti-müharibə fəalları Ərəbistanın Sənanın şimalına qarşı bugünkü hücumları barədə beynəlxalq təhqiqatların aparılmasını istəyiblər. Səudiyyə Ərəbistanının bugünkü hücumları o qədər geniş olub ki, Sənanın mərkəzində də boğucu kimyəvi qazların iyini duymaq mümkün imiş. Səudiyyə Ərəbistanının qırıcılarının Ətan yaşayış məntəqəsinə qarşı bugünkü hava hücumları nəticəsində 30 nəfər ölüb 300 nəfər yaralanıb.