Səud rejimi sözünün üstündə durmadı: SƏNA BOMBALANDI

Ərəbistan qırıcıları Yəmənə qarşı hücumların dayandırıldığının elan edilməsindən 2 saat sonra bir daha Sənaya hücum ediblər.
 
Maide.az-ın məlumatına görə, Ərəbistan qırıcıları ötən gecə bu ölkə rəsmilərinin Yəmənə qarşı hücumların dayandırıldığını elan etmələrinin ardınca bir daha Yəmənin paytaxtı Səna şəhərinin müxtəlif məntəqələrinə raket zərbələri endiriblər. 
 
Bildirilir ki, Ərəbistan qırıcıları Sənanın şimalında yerləşən İstiqbal düşərgəsini bir neçə dəfə hücuma məruz qoyublar. 
 
Yerli mənbələr bildiriblər ki, bu hücumlar zamanı güclü partlayışlar eşidilib.