Səudiyyə Ərəbistanın hücumları davam edir; 4100 nəfər ölüb və yaralanıb

Səudiyyə Ərəbistan beynəlxalq ictimaiyyətin sükutu sayəsində Yəmənə hücumlarını hələ də davam etdirir və bu hücumların tələfatı 4 min nəfəri keçib. Həlak olanların arasında 115 uşaq var.
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin Hirz şəhərinə son hücumunda 2 nəfər şəhid olub, 9 nəfər də yaralanıb. 
Səudiyyə qırıcıları Əbyən vilayətində terrorçular üçün çoxlu miqdarda silah-sursat atıblar. 
Yəməndə İŞİD terrorçuları video yayımlayaraq özünü xəlifə adlandıran Əbubəkr əl-Bağdadiyə beyət etdiklərini və Yəməndə İŞİD-in qolunu təşkil etdiklərini bildiriblər. 
ABŞ dövlət katibi Con Kerri cümə günü Yəmən Ənsarullahı və müttəfiqlərindən Yəmən böhranına son qoymaq üçün bu ölkədə milli vəhdət hökumətinin təşkili istiqamətində həll yolu olaraq sülh müzakirələrinə başlanmasını istəyib. /