Səudiyyə rejimi Yəmənə quru qüvvə göndərməkdən qorxur

Misirin əl-Fərain televiziyası Səudiyyə Ərəbistanın Yəmənə quru qüvvə yeritməkdən imtina etməsinin səbəbini açıqlayıb.
Maide.az xəbər verir ki, Misirin əl-Fərain telekanalı bildirib ki, Səudiyyə Ərəbistan ordusu Husilərlə döyüşmək üçün Yəmənə öz quru qüvvəsini göndərmək fikrindən daşınıb. Çünki Ərəbistanın quru qüvvələrinin Yəmən kimi ölkədə döyüşmək təcrübəsi yoxdur. 
Əl-Fərain telekanalı əlavə elan edib ki, Yəmənin ərazisi elə bir formadadır ki, bu ölkənin ordusu istisna olmaqla heç bir ölkənin quru qoşunları bu ərazidə döyüşə bilməz və əgər Səudiyyə Ərəbistanı Yəmənə quru qüvvələrini göndərərsə, onların hamısının ölüm xəbərini almağı gözləməlidir.
Səudiyyə rejimi  Yəmənə hava hücumlarını dayandırdığını elan etsə də, hələ də bu ölkəyə hücumlarını dayandırmayıb. 
Ərəbistan həmçinin zəruri köməkləri daşıyan təyyarə və gəmiliərin Yəmənin hava zolağı və sahillərinə yaxınlaşmasının qarşısını alır. /