Səudiyyə rejim təyyarələri Sənanı bombalamağa davam edir

Səudiyyə Ərəbistanı qırıcı təyyarələri bazar günü bir daha Yəmən paytaxtı Səna şəhərinin bölgələrini bombardman edib.
Maide.az əl-Aləm telekanalına  istinadən məlumat verir ki, Səudiyyə rejim qırıcı təyyarələri bazar günü gecə bir neçə dəfə Yəmən paytaxtında əl-Ərqub Xəvlan məntəqəsini bombardman edib. 
Əl-Məyadin xəbər televiziyası da Ədənin qərbində Dar İmran məntəqəsində ağır döyüşlərin getdiyini və dənizdən Səudiyyə rejim arsenalı tərəfindən bu şəhərin ağır atəşə məruz qaldığını bildirib. 
Səudiyyə rejimi ötən həftə 27 gün təcavüz və yüzlərlə mülki şəxxsi qətliam etdikdən sonra Yəmənə qarşı hərbi əməliyyatını dayandırdığını elan etdi. Lakin atəşkəs elan olunduqdan 2 saat sonra təcavüzkar Ərəbistan qırıcı təyyarələri yenidən Yəmənin infrastruktur və yaşayış obyektlərini bombardman etdilər. 
Yəmən İnqilab Komitəsi bu çağırışla bu ölkə xalqını bazar ertəsi günü keçiriləcək etiraz aksiyasında iştirak etməyə səsləyib. Etiraz aksiyası bu gün "Səudiyyə düşmənə qarşı birlik" şüarı adı altında keçiriləcək. 
Səudiyyə Ərəbistanın Yəmənə hərbi təcavüzündə indiyə qədər 3 mindən çox insan, o cümlədən uşaq və qadınlar həlak olub və minlərlə nəfər isə  yaralanıb./