Səudiyyə qırıcılarının hücumunda 42 şəhid və yaralı

Səudiyyə qırıcılarının Yəmənin Səna, Təəz və Səədə vilayətlərinə qarşı hücumlarında 42 nəfər şəhid olub və ya yaralanıb.

Maide.az-ın məlumatına görə, Səudiyyə qırıcılarının Səədə vilayətindəki Əl-cəmidə və Əl-nəşur məntəqələrinə qarşı hücumlarında 13 nəfər şəhid olub, on nəfər də yaralanıb. Səudiyyə qırıcılarının Təəz şəhərinə qarşı hücumlarında da beş nəfər şəhid olub. 

"Əl-məyadin" kanalının xəbərinə görə, həmçinin Yəmənin paytaxtı Sənanın Həmdan və Əl-təhrir məntəqələrinə qarşı hücumlarda səkkiz nəfərin şəhid olub və altı nəfər yaralanıb.

Digər xəbərə görə, yəmənli təhlükəsizlik qüvvələri Əl-mənsurə liman şəhəri və Məarəb şəhərinin məhəllələrindən bir neçəsini terrorçu Əl-qaidə qruplaşması üzvlərinin əlindən azad edib və Şəbuh vilayətinin əksər hissəsi də İŞİD terrorçularından təmizlənibdir.