Səudiyyə Ərəbistan padşahı Ben Ladenin ailəsinin şirkətini cəzalandırdı

Səudiyyə Ərəbistan padşahı Məkkədə 107 nəfərin həlak olmasına səbəb olan hadisədə günahkar olan Ben Ladenin ailəsinin şirkətini cəzalandırıb. 
Maide.az xəbər verir ki, Fransa xəbər agentliyi məlumat yayıb ki, “Saudi BinLaden Group” inşaat konqlomeratı "Məscidül-Həram"ın genişləndirilməsi işlərindən uzaqlaşdırılıb və yeni layihələr almaqdan məhrum edilib. 
Məlumata əsasən, “Saudi BinLaden Group” inşaat şirkətinin idarə heyətinin üzvlərinə Səudiyyə Ərəbistandan çıxması qadağan edilib. 
Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistan  hadisə zamanı ölən və yaralanan şəxslərin ailələrinə 1 milyon rial kompensasiya ödəyəcək.
Qeyd edək ki, sentyabrın 11-də "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb. 14 milyard dollar dəyərində olan məscidin sahəsinin genişləndirilməsi ilə məşğul olan “Saudi BinLaden Group” şirkəti isə Usama ben Ladenin ailəsinə məxsusdur. “Saudi BinLaden Group” şirkəti 1931-ci ildə Usama ben Ladenin atası Məhəmməd ben Laden tərəfindən yaradılıb. /