Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yanıb, 30 nəfər həyatını itirib

Səudiyyə Ərəbistanında “Ümrə” ziyarətinə getmiş zəvvarları daşıyan avtobus Mədinə şəhəri yaxınlığında qəzaya uğrayıb. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  qəza nəticəsində avtobusda yanğın baş verib.  
 
Hadisə nəticəsində xarici vətəndaşlar olan  sərnişinlərdən 30 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. 
 
Yaralılar xəstəxanaya çatdırılıb.  Ölən zəvvarların hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb.