Səudiyyə Ərəbistanı 2021-ci il üçün Həcc ziyarəti şərtini açıqladı

2021-ci ildə Həcc ziyarətinə yollanan insanlar mütləq COVİD-19 əleyhinə peyvənd olunmalıdır.
 
Maide.Az "tasnimnews"a istinadla xəbər verir ki,  bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə naziri Taufik ər-Rabiyə məlumat verib.
 
O bildirib ki, Məkkə, Mədinə və digər müqəddəs yerlərdə zəvvarları qarşılamaq  üçün bütün səhiyyə imkanları yaradılmalıdır. 
 
O həmçinin qeyd edib ki, Həcc və Ümrə ziyarətlərinin təşkili üçün xüsusi komitə yaradılmalıdır. 
 
Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayına təsadüf edir.