Sergey Lavrov İraqa səfər edəcək

 
Bu ilin oktyabr ayında Rusiya xarici işlər naziri Sergey Lavrov İraqa rəsmi səfər edəcək.
 
Maide.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov məlumat verib.
 
"Rusiya Xarici İşlər Agentliyinin rəhbəri Sergey Lavrovun İraqa səfəri oktyabr ayına planlaşdırılır", - deyə diplomat Rusiya ilə İraq arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi münasibətilə təşkil olunan qəbulda danışarkən qeyd edib.
 Qeyd edək ki, İraq prezidentinin də  Rusiyaya səfər edəcəyi gözlənilir. Belə ki,  İraq prezidentinin Rusiyaya səfərinin tarixi hələ açıqlanmasada Moskva və Bağdad, İraq prezidenti Barham Salih və baş nazir Adil Abdul-Mehdinin Rusiyaya səfərini təşkil etməyi düşünür.