Seyid Həsən Nəsrullah: `Suriyadakı müharibə 2006-cı ilin intiqamıdır!`

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Yaxın Şərqdə baş verən hadisələrə, Hizbullaha və bütün müsəlmanlara qarşı həyata keçirilən oyunlara diqqət çəkərək, deyib ki, müsəlmanlar üçün artıq məğlubiyyət dövrü qurtarıb.
 
Maide.Az bildirir ki, deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam Livanın Əl-Mənar televiziyasına müsahibəsində belə danışıb: "Sionist İsrail rejiminin 2006-cı ilin iyulunda məqsəd və maraqları çox çox böyük idi. Bizlər bu hədəflərin yerinə yetirilməsinə mane olaraq qələbə qazanmışıq. 2006-cı ilin iyul müharibəsi sionist İsrail rejiminin faktiki olaraq üzərinə götürdüyü Amerikanın qərarlarına əsaslanan, Livana qarşı müharibə idi. Bizi dəfn etməli, silahlarımızı əllərimizdən almalı idilər. Əvvəl Hizbullahı, sonra Suriya, sonra bütün Fələstinin müqavimət qruplarını məhv edəcəkdilər. Amma bacarmadılar. Hizbullah o gün, müdafiə mövqeyində idi və Hizbullahın planları düşmənin hədəflərini müvəffəqiyyətsizliyə uğratmaq üçün qurulurdu! Bu müharibədən sonra sionist İsrail rejimi hərbi, siyasi və iqtisadi baxımdan çox ciddi yaralar aldı!
 
Nəsrullah Livana qarşı istənilən yeni bir müharibənin başladılacağı təqdirdə qəti olaraq bu dəfə də müqavimət qüvvələrinin qələbə əldə edəcəyini bildirib: "2006-cı ilin iyulunda qələbəmiz, sionist İsrail rejiminin ordusunun strukturunda dəyişikliyə səbəb oldu. Hər kəs bir-birini günahlandırmağa başladı. 2006-cı ilin iyul qələbəmizdən sonra, sionistlər arasında orduya olan etimad və dəstək azaldı! 2006-cı ilin məğlubiyyətini dadan sionistlər də, rəhbərlikləri də, digər müharibə dövrlərinə nisbətən ən zəif olduğu dövrlərini yaşadılar. Sionistlər 2006-cı ildən etibarən liderlik, idarəçilik böhranı ilə üzləşiblər".
 
Hizbullah baş katibi 33 günlük müharibənin əsas hədəfinin Livan, Suriya və Fələstindəki müqaviməti məhv etmək və nəticədə İranı tənhalığa sürükləmək olduğunu bildirib.
 
Müharibədə Hizbullahın istifadə etdiyi raketlərin İranda yox, Suriyada istehsal edildiyini deyən Nəsrullah, bu gün Suriyada olanların bu müharibənin intiqamı olduğunu da sözlərinə əlavə edib.
 
Hizbullah baş katibi sionist israillilərin birbaşa müharibədə Hizbullahı məğlub edə bilməyəcəklərini, İranla müharibənin də buna kömək etməyəcəyini qəbul etdikləri üçün, Suriyanı müqavimət oxundan çıxartmağa çalışdıqlarını deyib.
 
Seyid Həsən Nəsrullah yeni baş verə biləcək müharibədə də sionist İsrail rejimini məğlub edəcəklərinə inandığını bildirib.