Sionist KİV-i: ““Hizbullah”ın 150 min raketi İsrailə tuşlanıb”

İşğalçı İsrail rejimində açıqlanan yeni hesabata görə, “Hizbullah”ın raket imkanları xeyli artıb .
 
Maide.az xəbər verir ki, sionist rejim KİV-lərinin son hesabatlarına əsasən Hizbullah Suriya müharibəsinə qatılsa da, yenə də raket imkanlarını genişləndirməkdə davam edir.
 
Mövzu ilə əlaqədar bir hesabat hazırlayan sionist xəbər portalı hazırda Hizbullaha məxsus 150 min raketin işğalçı İsrail rejimini hədəfdə saxladığını bildirir. Bu raketlərin çoxu yaxınmənzilli, bəziləri isə uzunmənzilli raketlərdən ibarətdir.
 
Hesabatda həmçinin bildirilir ki, Hizbullah özünü pilotsuz kəşfiyyat təyyarə sistemləri ilə də təmin edib. /