Sionistlər daha 22 fələstinlini saxladı

İşğalçı sionist rejiminin əsgərləri Qərbi Şəriədə gecə saatlarında fələstinlilərin yaşadığı evlərə basqınlar ediblər.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, basqın nəticəsində 22 fələstinli saxlanılıb.
 
Onlar “terror aktlarında iştirak” etməkdə ittiham edilirlər.
 
Qeyd edək ki, sionist rejim tez-tez bu iddia ilə onlarla fələstinlini həbs edib. Onların arasında çoxlu sayda qadın və uşaq da var. “İnzibati həbs” adı verdikləri bu addımla fələstinliləri 18 aya qədər saxlama məntəqəsində saxlaya bilirlər. Saxlanılan şəxsin
“İsrailin təhlükəsizliyi üçün təhlükə” olduğuna qərar verilməsi təqdirində isə həbs müddəti 5 ilə qədər artırılır.
 
Hazırda İsrail həbsxanalarında 5 mindən çox fələstinli həbsdədir. Onlardan 200-ü uşaqdır. 500-ə yaxını haqqında isə “inzibati həbs” cəzası verilib.