Siosnit rejim işğal edilən Qərb Şəriyənin şimalında 11 fələstinlinin evini uçurub.
Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Tubas şəhərinə hücum edən işğalçı rejim qüvvələri 11 fələstinlinin evini dağıdıb.
Qüdsün yəhudiləşdirilməsi məqsədi ilə aparılan dağıntı işlərində fələstinlilərin rəsmi icazəsiz ev tikməsi bəhanə göstərilib.
Fələstin Rəsmi Statistikasına əsasən, işğalçı İsrail rejimi cari ildə fələstinlilərə məxsus 500 -dən çox evi və infrastrukturu dağıdıb.
BMT Təhlükəsizlik Şurası işğalçı İsrail rejiminin bu cinayətlərinə etiraz etsə də Tel-Əviv BMT qətnamələrinə məhəl qoymur.