Sionist Ravvin: Məscidi Əqsanın müsəlmanların nəzərində yeri yoxdur!

Sionist İsrail ordusunun Ravvini Məscidi Əqsanın müsəlmanların nəzərində heç bir əhəmiyyətinin olmadığını iddia edib və belə danışıb: "Müsəlmanlar bu məscid üçün nə edib!"
 
Maide.az xəbər verir ki, İsrailin işğal etdiyi ərazidə yəhudilər üçün salınmış qəsəbədəki Tasumuna tədris korpusundakı dini məktəbdə tələbələrə xitab edən ravvini Ravi Pirts İslam dininin Məscidi Əqsaya heç bir əhəmiyyət vermədiyini iddia edib və bu məscidin müsəlmanların nəzərində heç bir dəyərinin olmadığını deyib!
 
Ravi Pirts belə danışıb: "Müsəlmanlar Məscidi Əqsanın ətrafında namaz qılırlar. Amma üzlərini Məkkəyə çevirib səcdə edirlər, Məscidi Əqsaya arxalarını çevirirlər."
 
Sionist Ravvin sözlərini belə davam etdirib: "Qüds kəlməsi Quranda bir dəfə belə çəkilməyib, hətta ona işarə belə edilməyib. Bildiyiniz kimi ərəblərin 90 faizi Quranı bilmir və nə haqqında bəhs etdiyini anlamır. Bizim Quran haqqındakı məlumatımız onlardan çoxdur."
 
Sionist rejimin onuncu kanalı bu ravvinin səs yazını yayımlayanda isə Məsciti Əqsa ətrafında gərginliklər davam edirmiş.  Fanatik yəhudi qrupları məscidə qarşı çirkin hücum və hörmətsizlikləri davam edirirmiş.
 
Sionist rejimin 50 fanatik ravvini topladıqları imza kampaniyası ilə yəhudilərin Məscidi Əqsaya hücum etmələrini istəyiblər.