Sionist rejim bir daha Qəzzadə atəşkəs qaydalarını pozdu

Sionist rejim hərbçiləri bir daha atəşkəs qaydalarını pozaraq, Qəzza zolağında fələstinlilərə tərəf atəş açıblar.
 
Maide.az-ın Fələstinin "Səma" xəbər agentliyinə istinadən məlumatına görə,  Qəzzənin Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Əşrəf Qədrə deyib ki, Sionist rejim hərbçiləri cümə günü gecə atəşkəs qaydalarını pozub, Qəzzə zolağının şimalında, Cəbalya şəhərinin şərqində fələstinlilərə tərəf atəş açaraq, iki fələstinlini yaralayıblar.
Qeyd edək ki, 51 günlük müharibənin ardınca Misirin vasitəçiliyi ilə sionist rejim ilə fələstinli mübariz qruplar arasında atəşkəslə bağlı anlaşmanın əldə olunmasına baxmayaraq, sionist rejim hərbçiləri davamlı olaraq atəşkəs qaydalarını pozurlar.
Elə bu istiqamətdə sionist rejim hərbçiləri cümə günü İordan çayının müxtəlif məntəqələrinə və Beytül-Müqəddəsə hücum edərək, onlarla fələstinlini yaralayıb və həbs ediblər.
Sionist qəsəbə sakinləri də İordan çayının qərb sahilində, Nablus şəhərinin ətrafında yerləşən Əqrəba kəndinə hücum edərək, fələstinlilərə məxsus 50-dən çox zeytun ağacını kəsiblər. /