Sionist rejim etiraf etdi: 51 günlük müharibədə gündə 10 Qəzzalı uşaq qətliam olunub

 
Maide.az Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, sionist rejimin "Haaretz" qəzeti, bir insan haqları təşkilatına istinadən elan edib ki, 2014 -cü ilin yayında işğalçı rejimin Qəzzaya təcavüzü nəticəsində gündəlik 10 fələstinli uşaq qətliam olunub.
 
Rəsmi statistikaya görə, 2014-cü ildə sionist rejimi Qəzzaya hücumu nəfticəsində 546 fələstinli uşaq şəhid olub.
 
Məlumatda bildirilir ki, bu uşaqların əksəriyyəti hava hücumları və ya sionist rejim topxanalarının açdığı atəş nəticəsində şəhid olublar.
 
Yazıda həmçınin bildirilir ki, hazırda 90 min qəzzalı evsizdir və onlar 2 ildir ki, dağıdılmış evlərdə yaşayırlar. /