Sionist rejimin Əl-Əqsaya qarşı təcavüzləri üzrə cinayət işi BMT TŞ-ya çıxarılır

Sionist rejim hərbçilərinin əl-Əqsa məscidinə qarşı təcavüzləri üzrə cinayət işi BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq.
Maide.az Fələstin İnformasiya Mərkəzinə istinadlən məlumat verir ki, Fələstin Xarici İşlər Nazirliyi sionist rejim hərbçilərinin əl-Əqsa məscidinə qarşı təcavüzlərini pisləyən bəyanat yayıb. 
Bəyanatda BMT Təhlükəsizlik Şurasından bu rejimin təcavüzləri qarşısında öz vəzifəsini yerinə yetirməsini və bu təcavüzlərə son qoymasını istəyib. 
Fələstin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir: Sionist rejimin əl-Əqsa məscidinə təcavüzlərinin davam etməsi regionu dini müharibəyə sövq etdirir. 
Sionist rejim hərbçilərinin əl-Əqsa məscidi və namaz qılanlara bazar günü etdiyi hücumunda yüzdən çox fələstinli yaralanıb. 
Sionist rejim hərbçiləri bazar ertəsi günü də beynəlxalq tənqidlərə məhəl qoymadan  bir daha bu məscidə hücum ediblər. /