Sionist rejimin Qəzzəyə hücumları nəticəsində 355 fələstinli şəhid olub

 

Sionist rejim ordusunun Qəzzənin müdafiəsiz xalqına qarşı havadan, qurudan və dənizdən etdiyi sonuncu hücumlar nəticəsində 10 fələstinli şəhid olub. Onlardan ikisi az yaşlı uşaqdır. Bununla şəhid olanların sayı 355 nəfərə çatıb.

Maide.az-ın Presstv-yə istinadən məlumatınag örə,  Qəzzənin Səhiyyə Nazirliyinin rəhbərləri elan edib ki,  bu gün səhər (bazar günü) sionist rejim ordusunun Qəzzəyə havadan və qurudan hücumları davam edib.

13-ü gündə davamlı vəhşicəsinə hücumlar nəticəsində şəhid olmuş 355 fələstinlidən 73 nəfəri az yaşlı uşaqlardır. Yaralıların sayı isə 2600 nəfərə çatıb.