Sionist İsrail rejimi 8000 fələstinli əsir götürüb

Fəlsətin mediasının məlumatına görə, Sionist İsrail rejimi Qüds İntifadasını qırmaq məqsədi ilə fələstinlilərin həbsini artırıb. 
 
Maide.Az xəbər verir ki, fələstinli məhbuslar təşkilatı "Riyaz-Əşqar"ın yaydığı məlumata görə, Qüdsün birinci intifadasından bəri sionist İsrail rejimi 8000 fələstinlini əsir götürüb. Onlardan 2115 nəfəri uşaqlardır. Ən kiçiyinin adı Əli Əlqəmdir, 12 yaşı var. Əsir götürülənlərin 270 nəfəri isə qadınlardır.
 
Təşkilat həmçinin qeyd edib ki, əsir götürülənlərə ağır işgəncələr verilib. Bu beynəlxalq hüququn tapdalanması deməkdir. Sionist İsrail rejimi hazırda 1773 nəfər barədə həbs qərarı çıxarıb. 
 
Qeyd edək ki, İsrail polisinin əl-Əqsa məscidinə intensiv basqını, işğal edilmiş ərazilərdə qanunsuz qəsəbələrin salınmasının davam etdirilməsi, fələstinli gənclərin intensiv həbsləri oktyabr ayında üçüncü “İntifada” hərəkatının başlanmasına səbəb olub.
 
İşğalçı qüvvələr iddia edir ki, fələstinlilər bıçaqla və maşınlarla İsrail vətəndaşlarına hücuma keçiblər. İşğalçı rejim mətbuatının məlumatına görə, işğalçı rejim və fələstinlilər arasında baş vermiş insidentlər nəticəsində indiyədək 40 sionist ölüb.