Skype-ın fəaliyyəti bərpa olundu

Problemlər sentyabrın 21-də günorta saatlarından başlamışdı

Məşhur Skype xidmətinin yaradıcılarından ibarət komanda bu servislə bağlı yaranan problemin tamamilə aradan qaldırıldığını və istifadəçilərin bü xidmətdən tam istifadə edə bilməsi barədə məlumat yayıb.
 
"Biz sevinc hissi ilə bildiririk ki, Skype xidmətinin fəaliyyəti tam bərpa olunub. Nümayiş etdirdiyiniz səbrə görə hamınıza təşəkkür edirik", - xidmətin "twitter" səhifəsində yazılıb.
 
Problemlər sentyabrın 21-də günorta saatlarından başlayıb. Skype istifadəçiləri faktiki olaraq dünyanın hər yerində bu xidmətə çıxışın olmamasından şikayətlənib. İstifadəçilər öz statusunu dəyişə və digər istifadəçilərlə ünsiyyət saxlaya bilməyiblər. 10 saatdan artıq müddətdə istifadəçilər servisdən yararlana bilməyiblər.