'İslami Cihad' rəsmisi Təl-Əvivin hədəfdə olduğunu vurğuladı

Fələstinin "İslami Cihad" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Hindi İsrail rejiminə xəbərdarlıq edib.

 
  Məhəmməd əl-Hindi açıqlamasında bildirib ki, Təl-Əviv şəhəri hal-hazırda "İslami Cihad" hərəkatının hərbi qolunun raketlərinin hədəfindədir.  
 
"Əgər hansısa formada Qəzza zolağı hədəfə alınacaqsa, cavablar gecikməyəcək. Vuracağımız ilk yer Təl-Əviv olacaq", - deyə Məhəmməd əl-Hindi diqqətə çatdırıb.  
 
O qeyd edib ki, müqavimət cəbhəsi Qəzza zolağını müdafiə etmək gücünə sahibdir.