Azərbaycan mediasının iki jurnalisti 1989-cu il təvəllüdlü Sirac Abışov və Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək dünyasını dəyişiblər.
Maide.Az “qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı daha bir nəfər Emin Məmmədov, nəqliyyat vasitəsinin sürücüsü və kənd sakini yaralanıb.