Sınaq imtahanında test tapşırıqlarının doğru cavabları açıqlanıb

Dövlət İmtahan Mərkəzi mayın 27-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunan test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.
 
DİM-dən APA-ya verilən xəbərə görə, abituriyentlər test tapşırıqlarının doğru cavab etalonları ilə http://tqdk.gov.az/exam/pretest/ ünvanından tanış ola bilərlər.
 
Qeyd edilib ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. /