Snouden məmurlara WhatsApp və Telegram barədə xəbərdarlıq etdi

ABŞ-ın sabiq kəşfiyyat zabiti Edvard Snouden rəsmi şəxslərə və hökumət üzvlərinə WhatsApp, həmçinin Telegram mesencerindən istifadə etməməsi mövzusunda xəbərdarlıq edib.
 
Maide.Az "FaktXeber"ə istinadla xəbər verir ki, bu barədə o, France-İnter radiostansiyasına verdiyi müsahibədə Baş nazir Eduar Filipin WhatsApp-a və prezident Emmanuel Makronun isə Telegram-a üstünlük verməsinə münasibət bildirərkən deyib.
 
O, nazirlərin WhatsApp-dan istifadəsini "böyük səhv" adllandıraraq, tətbiqin 2014-cü ildən Facebook Inc. tərəfindən alındığını xatırladıb. Snoudenə görə, bu, şirkətə lazım olduqda istifadəçilərin danışıqlarının və yazışmalarının məzmununu öyrənməyə imkan verir.
 
Keçmiş kəşfiyyatçı eyni zamanda Telegram-ı da tənqid edib.
 
"Baş nazirsinizsə, bu proqramların hər ikisi son dərəcə təhlükəlidir" deyə o, bəyan edib.
 
Bununla belə, Snouden həm WhatsApp, həm də Telegramın SMS mesajlarından daha etibarlı olduğunu etiraf edib.