İspaniyada dünyanın üçüncü ən böyük məscidi tikiləcək

Qətərin əmiri Şeyx Həməd bin Xəlifə Al Tani İspaniyanın Barselona şəhərindəki tarixi stadionu alaraq, orada Avropanın ən böyük və dünyanın üçüncü ən böyük məscidini tikmək istəyir.
Maide.az-ın məlumatına görə, stadionun sahibi Balana ailəsidir və hazırda həmin ailə və Şeyx arasında stadionun alınmasına dair müzakirələr gedir. 
Qətərin əmiri deyib ki, bu iş üçün 2,2 milyard avro sərmayə yatırmaq istəyir. Baxmayaraq ki, hələlik Balana ailəsi stadionun satılmasına dair öz razılığını verməyib, lakin Barselona İslam Cəmiyyəti ailənin razılıq verəcəyindən əminliyini bildirib. 
İspaniyanın Barselona futbol komandasına sponsurluq edən “Qatar Air” aviasiya şirkətinin məscidin tikilməsi üçün lazımi razılığı almaq üçün dəstək ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, 2000-ci ildə Səudiyyə Ərəbistanı da İspaniyada ən böyük məscidin tikilməsi üçün həmin stadionu almaq istəyirdi, lakin buna razılıq verilmədi.
Əgər Barselona şəhərində məscidin tikintisinə başlanılarsa, bu məsciddə eyni vaxtda 40 min nəfər namaz qıla biləcək. Məscidin minarələrinin hündürlüyü isə 300 metr olacaq.