İspaniyada terror həyacanı bir dərəcə də artırıldı

Fransada dünən baş verən hücumdan sonra İspaniyada da araşdırmalar yekunlaşana qədər tədbir məqsədilə təhlükəsizlik artırılıb.
 
Maide.az xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyi Fransada 12 nəfərin ölümünə səbəb olan terror hücumundan sonra ölkə üçün yeni bir risk olmadığını, buna baxmayaraq, təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.
 
İspaniyada terrora qarşı tətbiq olunan həyəcanın aşağı səviyyə olan 3-dən 2-yə qaldırılıb. Bununla əlaqədar olaraq metro, qatar stansiyaları və hava limanları kimi kütləvi nəqliyyat bölgələri ilə mümkün terror hücumunda hədəf ola biləcək enerji stansiyaları, infrastruktur mərkəzləri kimi yerlərdə təhlükəsizlik tədbirlərinin artırıldığı qeyd edilib.
 
İspaniya Daxili İşlər naziri Manuel Diaz Parisdəki hücumla bağlı araşdırmaların başa çatana qədər  təhlükəsizlik tədbirlərini artırmağı məqsədəuyğun gördüklərini bildirərək, Fransa, ABŞ, İngiltərə, Avstraliya kimi ölkələrin də analoji tədbirlər gördüyünü xatırladıb.
 
Diaz həmçinin Parisdəki hücumdan sonra İspaniyanın "Əl Pais", "20 Minutos", "Libertad Digital" kimi bəzi qəzetlərin ofisləri qarşısına şübhəli paketlər qoyulmasına dair saxta bildirişlərin kimlər tərəfindən göndərildiyinə dair istintaq apardıqlarını, polisin bu hadisələrin səbəbkarları haqqında bəzi təxminləri olduğunu deyib.