İsrail Fələstinlilərə qarşı yeni növ bombadan istifadə edir

Fələstinin Səhiyyə Nazirliyi elan etdi: Sionist rejimi Qəzzada fələstinlilərə qarşı qadağan olunmuş silah və mərmilərdən, o cümlədən “DİME” mərmilərindən istifadə edir.
Fələstinin səhiyyə nazirinin müavini Yusuf Əbu Riş Qəzzə şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, şəhidlərin və yaralıların bədənlərində olan yaralar qadağan olunmuş “Dime” bomabalarının əlamətləri ilə uyğun gəlir.
Türkiyənin “Zaman” qəzetinin məlumatına görə, Qəzzada xəstəxanada könüllü olaraq çalışan norvecli həkimlər Mads Gilbert və Erik Fosse, Fransanın “Le Monde” qəzetinə verdiyi açıqlamalarda Fələstin Səhiyyə Nazirliyi rəsmisi Yusif Əbu Rişin sözlərini təsdiqləyib.
“Biz, (Qəzadakı yaralı və şəhid fələstinlilərin üzərində) fosfordan və ya digər qadağan olunmuş silahlardan yanıqlara deyil, amerikalıların istehsal etdiyi DİME (ağırlaşdırılmış metal bomba) adlı yeni tip bir bombadan əmələ gələn yaralara rastlaşdıq” - deyə Norveçli həkimlər deyiblər.
 
DİME bombası 2 metr yuxarıda partalayarsa insan bədənini 2 hissəyə bölür. Ayaqların qopub düşməsinə səbəb olur, minlərcə iynə deşiyi kimi yanıqlar insan bədəninin üzərində əmələ gəlir. DİME adlı bomba 10  metrə qədər ətrafındakılara ziyan verir. Norveçli həkimlər oxşar yaraları 2006-cı ilində İsrailin Hizbullahla apardığı müharibə zamanı da müşahidə etdiklərini deyiblər.
 
“Əl-Cəzirə” telekanalına danışan Fələstinli bir həkim isə həkimlərin bu bombaların yaraları qarşısında acizliyindən danışıb. “"Yaralıların bədənində heç bir iz yoxdur, ancaq iç qanama olur. Bombanın bir maddəsi damarları parçalayır və ölümə səbəb olur və biz heç bir şey edə bilmirik.”
Norveçli həkimlər cinayətkar sionist rejiminin ordusunun fələstinlilər üzərində yeni bir silahın sınaq edilməsi ilə bağlı xəbərdarlıq ediblər.