İsrailin Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

Gürcüstan paytaxtındakı İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Maide.az-n məlumatına görə, Qüds günü münasibətilə səfirlik qarşısında təşkil olunan dinc etiraz aksiyasında azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrdən gələn azərbaycanlı gənclər son vaxtlar İsrailin Fələstinə qarşı hücumlarını pisləyiblər.

Səfirlik qarşısında çıxış edən gənclər “Fələstinə azadlıq!”, “Qatil İsrail cavab verməlidir!”, “Qüds bizimdir, bizim olacaq!!”, və digər şüarlar səsləndiriblər.

Aksiya dinc şəraitdə keçib. Tədbirdə Marneuli, Bolnisi, Qardabani, Tiflis və digər bölgələrdən gələn azərbaycanlı gənclər iştirak edib. İştirakçılar səfirliyin önündən sonra Tiflis şəhərindəki David Aqmaşenelebeli küçəsində də İsrail əleyhinə şüarlar səsləndiriblər. Aksiya insidentsiz başa çatıb. Apa /