İsrailin zülmü davam edir

Qüdsün müxtəlif bölgələrində İsrailin Məscidi Əqsaya qarşı hücumlarına etiraz edən nümayişçilər ilə İsrail rejiminin əsgərləri arasında baş verən qarşıdurmada 9 fələstinlinin yaralandığı, 4 fələstinlinin isə atılan qazdan təsirlənərək boğulma təhlükəsi ilə üzləşdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, şahidlərin sözlərinə görə axşam saatlarında Qüdsdəki Qədim şəhərlə yanaşı, Ram, Anata, Əbu Dis və Əl-Ayzariyə bölgələri ilə Kalendiya qaçqın düşərgəsində sionist rejimin əsgərləri ilə toqquşmalar olub.
 
Qüdsdəki xəstəxana rəsmiləri də Kalendiya qaçqın düşərgəsində biri başından olmaqla 9 fələstinlinin yaralandığını, Qüdsün Ram mahalında 1 və Qədim şəhərdə isə 3 nəfərin atılan qazdan təsirlənərək boğulma təhlükəsi üzləşdiyini təsdiqləyib.