İsrail Qəzzaya aviazərbələr endirdi

Ötən gün axşam saatlarında işğalçı İsrail rejimi Qəzza zolağına iki dəfə aviazərbə endirib.

İşğal olunmuş ərazilərlə  sərhəddəki Həcərud Dik tarlalarına endirilən aviazərbələr yarım saat ara ilə endirilib.  

Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, hadisə nəticəsində yaralanan və ya ölən olmayıb.    

Aviazərbələr zamanı canlı itki olmasa da, əraziyə xeyli maddi ziyan dəyib. (eastnews)  //