İsrail rejim əsgərləri daha iki fələstinli gənci həbs etdi

İşğalçı İsrail rejimi əsgərləri Ramallahda iki fələstinli gənci saxlayıb.
 
Dünən axşam saatlarında baş verən hadisədən sonra fələstinli gənclərin ailələri ictimaiyyətə müraciət edərək övladlarının taleyi ilə bağlı narahat olduqlarını bildiriblər.
 
Hadisə şahidləri isə saxlanılan fələstinlilərdən birinin İsrail rejimi əsgərləri tərəfindən vurularaq yaralandığını diqqətə çatdırıb.
 
İsrail tərəfi isə məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib. (Eastnews.org) /