İsrail rejiminin məhkəmədən qaçış üsulu: İnzibati həbs

Fələstindəki İngilis rəhbərliyi dövründən qalan "inzibati həbs" 1967-ci ild'ki İsrail işğalından sonra da davam edir.
 
Maide.az xəbər verir ki, Fələstin Əsirlər Cəmiyyəti, Əhrar Əsir Araşdırmaları Mərkəzi və Fələstin Qurtuluş Təşkilatına bağlı Əsir İşləri Heyətinin məlumatlarına görə, İsrail rejiminin rəhbərliyi İngilis rəhbərliyi dövründəki tətbiq edilən oxşar metodla, nəzarətə aldığı fələstinliləri heç bir günah etmədikləri halda, xüsusi xidmət orqanlarının tövsiyələri əsasında həbs edərək, aylarla, bəzən də illərlə həbsdə saxlayayır.
 
Sözügedən tətbiqlə İsrail kəşfiyyatının gizli təhlükəsizlik məlumatlarına əsaslanaraq, "inzibati həbs" adı altında fələstinlilər 1 ilə 6 ay arasında saxlanır. Saxlanılan şəxsin İsrailin təhlükəsizliyi üçün təhlükə təşkil etdiyinə qərar verilməsi halında isə hərbi hakim həbs müddətini 5 ilə qədər uzada bilər.
 
İsrail rejiminin rəhbərliyi bu şəkildə deputat və alimlər kimi cəmiyyətin qabaqda gedən şəxslərini həbs etməyi hədəfləyib. İsrail həbsxanalarında hazırda ikisi deputat olmaqla 370 inzibati cəza almış fələstinli var.