İsrail rejimi Qərbi İordanda 8 Fələstinlini həbs etdi

İsrail rejiminin əsgərlərinin Qərbi İordan çayının müxtəlif bölgələrində 8 Fələstinlini nəzarətə götürdüyü bildirilib.
 
Maide.az xəbər verir ki, İsrail rejimi ordusundan yayımlanan yazılı açıqlamada, əsgərlərin Beytullahim, Əl-Xəlil, Kalkilya bölgələrində 1-i Həmas mənsubu olmaqla 8 Fələstinlini saxlanıldığı qeyd olunub.
 
Qeyd edək ki, sionist qüvvələr demək olar hər gün Fələstinlilərə qarşı nəzarət əməliyyatları həyata keçirir. Fələstin tərəfinin məlumatlarına görə İsraildəki həbsxanalarda təxminən 7 min Fələstinli məhbus var.