Ötən gün Fələstinli gənclər sionist rejiminin Məscidi-Əqsaya etdiyi təcavüzlərə etiraz olaraq Qüds şəhərində etiraz aksiyası keçirdikləri zaman, terrorçu rejim qüvvələrinin hücumlarına məruz qalıblar.
Maide.az-ın məlumatına görə, terrorçu rejim qüvvələri, dinc aksiyanı dağıtmaq məqsədi ilə rezin güllələr və gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə bir neçə fələstinli yaralanıb.
Bu qarşıdurma, sionist işğalçılarının Məscidi-Əqsaya daxil olaraq, məscidə hörmətsizlik etməkləri nəticəsində baş verib.
Sionistlər hücum edərkən məsciddə dindarların müqaviməti ilə rastlaşıblar, 13 fələstinli yaralanıb. //