Goranboy rayonunda ölümlə nəticələnən qəza hadisəsi baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumata əsasən, Goranboy rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 3 km aralı) "RENAULT" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:18-də başa çatıb.